Avropa İttifaqı ölkələri Gürcüstana üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul ediblər.
“Azreform.info ” xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişelin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.
“Avropa Şurası Gürcüstana namizəd statusu verib”-deyə, o qeyd edib.
Aİ ölkələri həmçinin Ukrayna və Moldovanın icmaya qəbulu ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər.