Qazaxıstanın Almatı vilayətində beş bal gücündə zəlzələ baş verib.
Azreform.info xəbər verir ki, bu barədə cümə axşamı regional fövqəladə hallar idarəsinin mətbuat xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Almatı şəhərindən 180 kilometr cənub-şərqdə yerləşib.
Təkanların 15 kilometr dərinlikdə baş verdiyi bildirilir.