Rusiyanın kamikadze-dronu Rumıniya ərazisinə düşüb

14
Dek
2023
21:42

Rusiyaya məxsus pilotsuz uçuş aparatı Ukraynanın Odessa vilayətindəki limanlarına hücumu zamanı Rumıniya ərazisinə düşüb.

Azreform.info xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna ilə sərhədyanı bölgələrə hücum zamanı Rumıniya döyüş təyyarələrini havaya qaldırmalı olub.

Radarlar Ukraynanın İzmail şəhəri ilə həmsərhəd olan Tulça mahalında alçaq hündürlükdə uçarkən azı bir Rusiya PUA-sının Rumıniyanın hava məkanına daxil olduğunu aşkar edib.

“Milli Müdafiə Nazirliyi Rusiya tərəfindən Ukraynanın Dunaydakı limanlarında ayrı-ayrı obyektlərə və mülki infrastrukturun elementlərinə edilən hücumları qətiyyətlə pisləyir. Bu hücumlar əsassızdır və beynəlxalq humanitar hüquq normalarına ciddi şəkildə ziddir”, - Rumıniya Müdafiə Nazirliyindən bildirilib.