Masallıda itkin düşən yeniyetmə tapılıb

14
Dek
2023
20:21
Masallıda itkin düşən yenityetmə tapılaraq ailəsinə təhvil verilib.
 
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Azreform.info a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində yeniyetmənin olduğu yer müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.
 
Qeyd edək ki, 2008-ci il təvəllüdlü J.A.nın dekabrın 11-də evdən şəxsiyyət vəsiqəsini götürərək çıxdığı və geri qayıtmadığı açıqlanmışdı.