İslandiyadakı Bəstəkarlar və Liriklər Assosiasiyası İslandiyanı “Eurovision” Mahnı Müsabiqəsindən çıxmağa çağırıb.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb İsrailin “Eurovision”dan kənarlaşdırılmamasıdır.
İslandiyanın ictimai yayımçısına müraciət edən Bəstəkarlar və Liriklər Assosiasiyası Ukraynaya hücum edən Rusiyanı misal gətirib.
“Rusiya “Eurovision”dan qovulduğu kimi, İsrailə də qadağa qoyulmalı idi. Yarışmadan çıxın.
Biz müharibəyə, dinc əhalinin və günahsız uşaqların öldürülməsinə qarşı durmağı özümüzə borc bilirik”.
Reaksiyalara baxmayaraq, “Eurovision”nı təşkil edən Avropa Yayımçılar Birliyi 2024-cü ildə keçiriləcək müsabiqəyə İsrailin qatılacağını açıqlayıb.
Qeyd edək ki, “Eurovision 2024” Mahnı Müsabiqəsi may ayında İsveçin Malmö şəhərində keçiriləcək.
Günay