ABŞ Senatı səs çoxluğu ilə Milli Müdafiə Aktı kimi tanınan 2024-cü maliyyə ili üçün ölkənin müdafiə büdcəsini dəstəkləyib.
Azreform.info xəbər verir ki, 2024-cü maliyyə ili üçün yekun konsensus büdcəsi ötən illə müqayisədə 28 milyard dollar çox olmaqla, milli müdafiə üçün 886,3 milyard dollar tələb edir.
Qanun layihəsi 3,1 min səhifədən ibarətdir və müdafiəyə əvvəlki maliyyə ilindən 3 faiz çox olmaqla 886,3 milyard dollar ayrılacağını nəzərdə tutur. 100 senatordan 87-si sənədin lehinə, 13-ü isə əleyhinə səs verib.
Bundan sonra sənəd Nümayəndələr Palatasına getməlidir və orada da gecikmədən qəbul ediləcəyi gözlənilir. Qanunvericilər ümid edirlər ki, büdcə həftənin sonuna qədər hər iki palatadan keçəcək və imzası üçün prezident Co Baydenə gedəcək.
Mürtəza
Azreform.info