Tükiyədə çıxışı zamanı infarkt keçirən Səadət Partiyası Kocaeli millət vəkili Həsən Bitməz vəfat edib.
Azreform.info Türkiyə mediasına istinadla xəbər verir ki, iki gündür xəstəxanada mübarizə aparan millət vəkili bu gün yerli vaxtla saat 12:50-də ölüb.
Prezident Ərdoğan Bitməzin ailəsinə zəng edərək başsağlığı verib.
Həmçinin Səadət Partiyasının sədri Temel Karamollaoğlu sosial şəbəkədə paylaşım edərək başsalığı verib.
Xatırladaq ki, 2 gün əvvəl TBMM tribunasında çıxış edərkən Həsən Bitməz anidən yerə yıxılıb. İnfarkt keçirən vəkil 10 dəqiqəlik ürək masajından sonra xəstəxanaya yerləşdirilmişdi.
Günay