Putin: "Krımı Türkiyədən müharibə ilə almışıq"

14
Dek
2023
16:14

Ruslar və ukraynalılar mahiyyətcə bir xalqdır, lakin qardaşlar arasında vətəndaş müharibəsi böyük faciədir. 

Azreform.info xəbər verir ki, bunu RF prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya tarixi ərazilərin itirilməsi ilə barışmağa hazır idi, lakin Qərbin və Kiyevin siyasəti Moskvanı əks tədbirlər görməyə məcbur etdi. 

“Rusiyanın Türkiyə ilə müharibəsi nəticəsində Krım və bütün Qara dəniz bölgəsi Rusiyaya keçdi. Ukraynanın bununla nə əlaqəsi var? Odessa, ümumiyyətlə, Rusiya şəhəridir. Biz bu haqda bilirik. Bu barədə hamı bilir”, - Vladimir Putin deyib.

Mürtəza
Azreform.info