İordaniyalı hakerlər İsrail ordusunun saytını ələ keçirdilər

14
Dek
2023
15:21

İordaniyalı hakerlər İsrail ordusunun rəsmi saytının ingiliscə səhifəsini ələ keçiriblər.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, onlar saytda Qəzza zolağı xalqına dəstək mesajı dərc ediblər.

“Qəzzadakı savaş sizə havada, yerdə və elektron mühitdə qorxu, ölüm və müharibədən başqa bir şey gətirməyəcək.

Bununla sizə bildiririk ki, Fələstin torpaqlarının dənizdən çaya qədər azad edilməsindən başqa heç nə qəbul etməyəcəyik. Müharibəmiz sonsuza qədər davam etsə belə, sizə ancaq ölüm və qorxuya salacaq.

İordaniyadakı qardaşlarınızdan Qəzza və Fələstindəki xalqımıza. Biz qəlbimizdə və əməlimizdə sizinləyik, bu dava hər bir azad müsəlmanın davasıdır”. 

Hakerlərin kiberhücumundan sonra İsrail ordusunun saytına daxil olmaq mümkün olmayıb. 

Günay