Novxanıda bağ evindən 47 min manatdan çox pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

6
İyl
2024
19:00

Sumqayıt şəhərində mənzildən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə Azreform.info -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlər zamanı Novxanı bağlar sahəsində bir evdən 47600 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.