Türkiyə, Azərbaycan, Gürcüstan birgə hərbi təlim keçirirlər

14
Dek
2023
14:07

Türkiyə, Azərbaycan, Gürcüstan birgə hərbi təlim keçirirlər.

Azreform.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Züki Aktürk həftəlik brifinqdə söyləyib.

O bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın axtarış və xilasetmə bölmələri hərbi təlimdə iştirak edirlər.

Z. Aktürkün sözlərinə görə, manevrlərin məqsədi bölmələr arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.