“Azərbaycanla qarşılıqlı mübadilə yolu ilə Ermənistana qayıdan erməni hərbi qulluqçuların mülki tibb mərkəzlərində müalicəsinə və əlavə müayinəyə ehtiyac yoxdur”.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin rəhbəri Anahit Avanesyan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərlə söhbətində bildirib.
“Bütün ehtiyaclar qiymətləndirilib, “Muratsan” hərbi hospitalında bütün lazımi tədqiqatlar aparılıb”, - deyə Avanesyan bildirib.
Xatırladaq ki, dekabrın 13-də Ermənistan-Azərbaycan sərhədində saxlanılan hərbçilərin mübadiləsi baş verib.