Ruslar Ukraynaya genişmiqyaslı hücuma keçib - çoxsaylı itki və dağıntılar

14
Dek
2023
12:49

Rusların həyata keçirdiyi genişmiqyaslı hücumu nəticəsində çoxsaylı itkilər və dağıntılar olub.

Azreform.info Ukryana mediasına istinadən xəbər verir ki, son 24 saat ərzində Rusiya ordusu altı istiqamətdə cəbhə xətti boyunca Ukrayna ordusuna qarşı hücuma keçib. 

Ən  ciddi hücum Kupyansk, Avdeyevka, Baxmut istiqamətində qeydə alınıb. 

Rusların Ukraynanın cənubunda Xerson, Nikolayev və Odessaya hücumu zamanı isə çoxlu itki və dəhşətli dağıntılar qeydə alınıb. 
Ukrayna Cənub Qoşunlarənın mətbuat xidmətinin yaydığı məlumata  görə, rus ordusu mülki əhaliyə  və infrastruktura qarşı  39 “Şahed-136/131” tipli  PUA  və buraxılıb. Bununla yanaşı raket zərbələri də endirilib. Bu zərbələr nəticəsində 10-dan çox böyük və uşaq yaralanıb.

Mürtəza
Azreform.info