Xızıda 18 yaşlı qız itkin düşüb

1
İyl
2024
15:21

Xızı rayonunun Sitalçay kəndində yaşayan 18 yaşlı Günəş Allahverdiyeva 2024-cü ilin iyunun 29-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Azreform.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Boyu təxminən 164 santimetr, gözlərinin rəngi qəhvəyi olan kök bədən quruluşlu, hicablı qız evdən çıxarkən əynində göy rəngli uzun paltar və üzərində isə qara rəngli əl çantası olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102" çağrı mərkəzinə, həmçinin Xızı rayon Polis Şöbəsinə (02331) 5-01-31, (051) 404-77-00 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.