Qadının qətlində, hakim köməkçisini bıçaqlamaqda şübhəli idi - İntihar etdi

30
İyn
2024
14:00

Bir neçə gün öncə Gəncə şəhərində 45 yaşlı İlhamə Hüseynovanın qətli, 25 yaşlı Akif Ağalarovun isə xəsarət alması ilə nəticələnən hadisəyə görə tutulmuş şəxs intihar edib. 

Azreform.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə zamanı özünə də xəsarətlər yetirən 65 yaşlı Mahir Quliyev bu gün canına qəsd edib.

Özünü xəstəxana binasının 3-cü mərtəbəsindəki palatanın pəncərəsindən atan M.Quliyev hadisə yerində ölüb.

Əldə etdiyimiz məlumata görə, hadisə vaxtı bıçaqlanan Akif Ağalarov Gəncə Apellyasiya Məhkəməsinin hakimlərindən birinin köməkçisidir.