Çoban yükün altında qalaraq öldü

17
İyn
18:21

Zərdab rayonunda bədbəxt hadisə baş verib.

Azreform.info ” xəbər verir ki, rayonun Qoşaoba kəndinin ərazisində H.Həsənovaya məxsus fermada çoban kimi işləyən 45 yaşlı Ceyhun Abdulkərimov aldığı xəsarətlərdən ölüb.

Belə ki, Ağdaş rayon sakini İ.İbrahimov “Kamaz” markalı yük maşını ilə hərəkət edərkən yük yerində olan inşaat materialları çoban Kotanarx kənd sakini C.Abdulkərimovun üzərinə aşıb.

Xəstəxanaya yerləşdirilmiş C.Abdulkərimov tibbi yardıma baxmayaraq vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.