Xaçmaz rayonunun Niyazova kəndində bir nəfərin ölmü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azreform.info “Report”a istinadla xəbər verir ki, “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq, yolun kənarındakı dərəyə aşıb.
Hadisə nəticəsində Xaçmaz rayon sakini - 1959-cu il təvəllüdlü Əhmədov Qabil Əzizağa oğlu hadisə yerində ölüb.
Aftomobildə olan digər sərnişinlər, Xaçmaz rayon sakinləri - 1957-ci il təvəllüdlü Əhmədov Əkrəm, 1959-ui il təvəllüdlü Əhmədova Rəhilə və
1960-cı il təvəllüdlü Əhmədova Mafizə müxtəlif dərəcəli bədən xəsarətlər alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
