Ukrayna ordusu üçün xüsusi avtomat hazırlandı

17
İyn
16:21

Çexiyanın “Esk zbrojovka” şirkəti Ukraynadakı döyüşlər nəzərə alınmaqla yeni BREN3 avtomatı istehsal edib.

Azreform.info xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb.

Bildirilib ki, BREN3 avtomatı döyüş meydanındakı əsgərlərin istəkləri əsasında hazırlanıb. Əsas diqqət yeni modelin möhkəmliyi və davamlılığına yönəlib.

BREN3 iki versiyada - NATO çaplı 5.56 və 300 AAC Blackout - istehsala buraxılacaq

Silah  müxtəlif ordu bölmələri, polis və xüsusi təyinatlılar üçün nəzərdə tutulub

İsyehsalçılar bildirib ki, BREN3 artıq Ukraynada istifadədədir.