Əhalinin banklarda nə qədər əmanəti var?

14
İyn
15:35

Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10,5 faiz artaraq 2024-cü il may ayının 1-nə milli valyuta ekvivalentində 13497,0 milyon manat təşkil edib.

Bu barədə Azreform.info -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, əmanətlərin 65,7 faizi milli, 34,3 faizi xarici valyutada qoyulub, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 15,8 faiz artıb.