Səhiyyə Nazirliyi qızılcanın ən çox yoluxuculuq dövrünü açıqladı

13
Dek
2023
16:21

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova qızılcanın ən çox yoluxuculuq dövrünün kotaral və səpki mərhələsində olduğunu bildirib.

Azreform.info ”ın xəbərinə görə, o deyib ki, piqmentasiya dövründə uşaqlar yoluxucu hesab olunmur.

G.İsmayılova xatırladıb ki, qızılca yüksək yoluxuculuğu olan virusdur: “Bunun kəskin respirator infeksiyaların simptomları ilə oxşarlıq təşkil edir. Kliniki gedişatına görə kataral, səpki və piqmentasiya dövrünə bölünür. Kataral dövr 4-5 gün çəkir. Bu zaman yüksək hərarət, boğaz ağrısı, halsızlıq və digər hallar müşahidə olunur. Səpkilər qırmızı və xırda ölçülü olur və baş-boyun nahiyəsindən başlayaraq digər yerlərə yayılır. Piqmentasiya dövründə artıq səpkilərin qəhvəyi rəngə çevrilir və qabıqlanma dövrü başlayır. Bu proses də təxminən 8-10 gün çəkir”.

Mütəxəssis qeyd edib ki, qızılcadan qorunmağın ən effektiv üsulu peyvənd vurdurmaqdır: “Peyvənd 1 və 6 yaşında iki doza olmaqla vurulur. Hər iki doza peyvənd vurulubsa 97 % xəstəlikdən ömürlük qorunmaq olar”.