Bakıda velosipedlər üçün parklanma məntəqələri müəyyən edilib

13
İyn
2024
18:28

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılması işlərinə başlanılıb.

Azreform.info AYNA-ya istinadən xəbər verır ki, artıq İstiqlaliyyət küçəsində və Azərbaycan prospektində parklanma yerləri yaradılıb və digər parklanma məntəqələrində də bu istiqamətdə mərhələli şəkildə işlər görülür.

Bundan əlavə, əsas cəlbetmə məntəqələrində, metro stansiyaların qarşısında, ticarət mərkəzlərində, Bulvar ərazisində bu formada dəmir konstruksiyaların quraşdırılması nəzərdə tutulub.