Bakıda DƏHŞƏTLİ QƏZA: Sürücünün ürəyi tutdu... - FOTO

13
Dek
2023
10:21

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Azreform.info ” APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa-Kürdəxanı şosesində qeydə alınıb.

1971-ci il təvəllüdlü Həsənov Abbas İsrail oğlu idarə etdiyi "VAZ-2107" markalı maşını işıq dirəyinə çırpıb. Avtomobilə yüngül zərər dəyib. Sürücü isə sükan arxasında ölü aşkarlanıb.

Əraziyə cəlb olunan Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün meyidini müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon şöbəsinə təhvil verib. Ekspertlər müəyyən edib ki, sürücü qəza keçirmədən öncə infarkt keçirərək ölüb.

Fakt araşdırılır.