Tsxinvalidə keçirilmiş “parlament seçkiləri”ni tanımırıq - Azərbaycan XİN

9
İyn
2024
15:07

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun 2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.

Azreform.info xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin bəyanatında bildirilib.