Nüvə fəlakətinə çox yaxınıq - Nazarbayev

13
Dek
2023
04:21

Hazırda dünya heç vaxt olmadığı qədər nüvə fəlakətinə yaxındır.

Azreform.info xəbər verir ki, bu barədə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev deyib.

“Biz nüvə fəlakətinə heç vaxt olmadığı qədər yaxınıq. Bu cür geriləmə məni xüsusilə narahat edir, çünki ölkəmiz nüvə tərk-silahı işinə böyük töhfə verib. Qlobal səviyyədə siyasi iradə olmadan bu sahədə nəzərəçarpacaq irəliləyişə nail olmaq demək olar ki, mümkün deyil”, - Nazarbayev “Astana Klubu”nun iclasında bildirib.