“Qızıl top” oktyabrda sahibini tapacaq

7
İyn
2024
03:21

“Qızıl top” mükafatının veriləcəyi tarix müəyyənləşib.

Azreform.info ” xəbər verir ki, 2023/24 mövsümünün ən yaxşı futbolçusu nominasiyası üzrə “Qızıl top” mükafatı oktyabrın 28-də Parisdə öz sahibini tapacaq.

Mükafata namizədlərin siyahısı sentyabrın 4-də açıqlanacaq.

Qeyd edək ki, sonuncu dəfə 2023-cü ildə argentinalı Lionel Messi bu mükafata sahib çıxıb.