Amerikalılar elektrikli avtomobillərə etibar etmirlər

11
Noy
2023
09:18

“Motor Intelligence” avtoanalitik şirkətinin məlumatları, elektrik avtomobil satışlarının 2023-cü ilin birinci yarısında 51% artdığını göstərdi. Bununla belə, bu artım ötən ilin eyni dövründəki 71% artımdan hələ də aşağıdır. Bütün elektrikli avtomobil satışlarının yarıdan çoxu ilə bazara liderlik edən Tesla, bu yaxınlarda iki il ərzində ən zəif rüblük mənfəətini bildirdi və şirkətin səhm qiymətinin 138 milyard dollar (111,4 milyard funt sterlinq) azalmasına səbəb oldu.

Azreform.info xarici mətbuata istinadən xəbər verir ki, bəzi ABŞ avtomobil istehsalçıları bu siqnallara əsaslanaraq yeni biznes qərarları qəbul edirlər.