Millimiz 1/4 final matçına çıxır

6
İyn
2024
09:49

Minifutbol üzrə Azərbaycanın millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında çıxışını davam etdirir.

Azreform.info xəbər verir ki, yığmamız bu gün 1/4 final oyununa çıxacaq.

Elşad Quliyevin yetirmələri yarımfinala vəsiqə uğrunda Qazaxıstanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, qrupda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edən yığmamız 1/8 finalda Bolqarıstanı üstələyib - 3:1.

Avropa çempionatı
1/4 final

19:00. Azərbaycan – Qazaxıstan
Sarayevo, Bosniya və Herseqovina