Maradonanın “Qızıl top” mükafatı hərracdan çıxarılıb

6
İyn
2024
00:14

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın 1986-cı ildə qazandığı "Qızıl top” mükafatı Fransadakı "Aquttes” satış evində keçirilən hərracdan çıxarılıb.

Buna səbəb Maradonanın ailə üzvlərinun kubokun 1989-cu ildə oğurlandığını iddia etməsi olub.

İddia səbəbindən araşdırma aparıldığı üçün Fransa məhkəməsi "Qızıl top”un satışını qadağan edib və hər şey aydınlığa qovuşana qədər mükafata həbs qoyub.

Maradona fəxri kuboku Argentina yığmasının 1986-cı ildə dünya çempionu olmasından 10 il sonra alıb. Kubokun dəyəri bir neçə milyon dollar qiymətləndirilir. Onun satışı üzrə hərrac iyunun 6-da, "Aquttes” hərrac evində keçirilməli idi. Mükafat satılacağı təqdirdə, idman tarixində ən bahalı əşya ola bilər. (Report)