Ronaldunun Mbappenin şəklinə yazdığı rəy tarixə düşdü - FOTO

5
İyn
2024
21:00

Kriştianu Ronaldunun Kilian Mbappenin paylaşımının altından yazdığı rəy tarixin ən çox bəyənilən şərhi olub.

Məlumata görə, portuqaliyalı ulduz Kilian Mbappenin "Real Madrid"ə keçidi ilə bağlı paylaşımına rəy bildirib. Kriştianunun bu rəyi 3,9 milyon bəyənmə toplayıb.

"Mənim üçün izləmək zamanı çatıb. "Bernabeu"nu coşdurmağını görməyə səbirsizlənirəm".

Qeyd edək ki, "Real Madrid" keçid üçün Kilian Mbappeyə 244 milyon avro ödəyib.