Ağstafada avtomobillər toqquşub, xəsarət alanlar var

12
Dek
2023
21:14

Ağstafa şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Azreform.info "Report"a istinadla xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində, 1998-ci il təvəllüdlü İslam Məmmədzadə və 1979-cu il təvəllüdlü Tariyel İsgəndərov müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.