Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Mario Russo” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Azreform.info xəbər verir ki, müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Mario Russo” brendinin təsisçisi Ruslan Məmmədov imzalayıblar.
Sazişə əsasən, “Mario Russo” brendi qarşıdakı dörd il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq.
Sərxan Hacıyev tədbirdə çıxış edərək, hər iki tərəfin bu əməkdaşlıqdan faydalanacağına inandığını söyləyib. O, “Mario Russo” ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib: “Azərbaycan futbolu üçün əlamətdar günlərdən birini yaşayırıq. AFFA-nın əməkdaşlıq etdiyi şirkətlərin sırasına “Mario Russo” da qoşulur”.
S.Hacıyev ölkə idmanına göstərdiyi diqqətə və əməkdaşlığa görə şirkət rəhbərliyinə təşəkkür edib.
Ruslan Məmmədov isə öz növbəsində futbolun dünyada və ölkəmizdə sevilən idman növü olduğunu qeyd edib. O, milli komandanın sponsorları arasında yer almağın qürurverici olduğunu vurğulayıb: “A milli komanda ilə bu gün təməli qoyulan əməkdaşlıqdan çox məmnunuq”.
Mərasimdə iştirak edən idman ictimaiyyətinin nümayəndələri müqavilənin hər iki tərəfə uğur gətirməsini diləyərək, qarşılıqlı əməkdaşlığın faydalı olacağına əminliklərini bildiriblər.
Qeyd edək ki, “Mario Russo” ötən illərdə ölkə daxilində keçirilən bir sıra seminar və turnirlərə sponsorluq edib.

Elnur