"Turan Tovuz" klubu müdafiəçi Şəhriyar Əliyevlə müqavilə müddətini uzadıb.
Azreform.info qərb təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə 1+1 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, komandanın kapitanlarından olan Ş.Əliyev tovuzluların heyətinə 2022-ci ildə qoşulub.