Məşhur fransız yazıçısı Frederik Beqbeder saxlanılıb.
Azreform.info xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.
Məlumatda deyilir ki, yazıçı ölkənin cənubunda yerləşən Pau şəhərinin polis komissarlığında saxlanılır. Onun dindirilməsinin ilkin istintaqın bir hissəsi olması qeyd olunub.
Ədliyyə Nazirliyi həbs barədə əlavə məlumat verməyib.