1800 manata təmizləyici işlədiyi evdən oğurluq etdi, məhkəmə hökm oxudu

12
Dek
2023
17:56

Bakıda aylıq maaşı 1 800 manat olan təmizləyici çalışdığı evdən oğurluq etdiyi üçün saxlanılıb.

“Qaynarinfo”nun məlumatına görə, saxlanılan şəxs - 1980-ci il tarixdə Ucar rayonu, Qarabörk kəndində anadan olmuş Fəzilə Kərimova (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Fazilə Kərimova 2 mart 2023-cü il tarixdən 7 aprel 2023-cü ilədək aylıq 1 800 manata təmizləyici işlədiyi zərərçəkmiş Sona Rəsulovanın evindən pul və qızılları oğurlayıb.

Təqsirləndirilən şəxs Sona Rəsulovanın mənzilinin yataq otağının dolabından 500 manat, 2 400 dollar pulu, 100 manat dəyərində bir ədəd “Roman Mayan” markalı ətir və 240 manat dəyərində bir ədəd qızıl üzüyü oğurlayıb, zərərçəkənə ümumilikdə 4 920 manat məbləğində maddi ziyan vurub.

Məhkəmənin qərarı ilə Fəzilə Kərimova Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib və 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.