Əmrə Belözoğlu istefaya göndərildi

31
May
2024
23:14

Əmrə Belözoğlu “Ankaragücü”nün baş məşqçisi vəzifəsini tərk edib.

Azreform.info İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Ankara klubu açıqlama yayıb.

Tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. Türkiyə Superliqasında uğursuz çıxış gənc mütəxəssisə bağışlanılmayıb. Komanda Əmrənin rəhbərliyi ilə 1-ci Liqaya düşüb.

Qeyd edək ki, "Ankaragücü" 43 yaşlı baş məşqçi ilə keçirdiyi 31 oyunda 7 qələbə qazanıb, 13 dəfə heç-heçə oynayıb, 11 dəfə uduzub. Komanda 6-cı dəfə güclülər dəstəsini tərk edib.