"İmişli" Əsgər Abdullayevlə yolları ayırıb

31
May
2024
19:42

Azərbaycan I Liqasında çıxış edən "İmişli" klubu baş məşqçisi Əsgər Abdullayevlə yolları ayırıb.

Azreform.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi məşqçilər heyəti ilə iclas keçirib və onların hesabatları dinlənilib.

Daha sonra rəhbərlik "İmişli" klubunun son mövsümdəki nəticəsini qənaətbəxş hesab edərək, məşqçilərə təşəkkürünü bildirib. Ə.Abdullayevlə yanaşı, onun köməkçiləri də klubdan göndərilib.