Vəzifəli şəxs vəfat etdi

31
May
2024
19:14

Bakı Dövlət Universitetinin Təhsil sənədləri və elektron məlumatlar şöbəsinin müdiri Gülər Pənahova vəfat edib.

Azreform.info xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Bildirilib ki, Gülər Pənahova 1970-ci ildə Bakıda anadan olub. 1993-cü ildən 2019-cu ilə qədər BDU-da Tələbə şöbəsinin baş laborantı vəzifəsində çalışıb. 2019-cu ildən Təhsil sənədləri və elektron məlumatlar şöbəsinin müdiri işləyib.