"Real"ın futbolçusu "Mançester Siti"yə keçə bilər

31
May
2024
03:35

İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu Rodriqo İngiltərə təmsilçisi "Mançester Siti"yə keçə bilər.

Azreform.info xəbər verir ki, PSJ-dən ayrılacağı dəqiqləşən Kilian Mbappenin "kral klubu"na transferi baş tutarsa, Rodriqonun əsas heyətdə yer almaq şansı azalacaq.

Bu səbəbdən 23 yaşlı hücumçu daha çox meydana çıxa biləcəyi klubda forma geyinməyi düşünür. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola da braziliyalı oyunçunun keçidinə müsbət yanaşır.

Qeyd edək ki, Rodriqo cari mövsüm "Real"ın heyətində ümumilikdə 50 oyuna çıxıb və 17 qol vurub. "Transfermarkt" portalı futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.