Yük avtomobili mikroavtobusla toqquşdu: xəsarət alanlar var

11
Dek
2023
22:07

Yevlax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yük avtomobili mikroavtobusla toqquşub.

Qəza nəticəsində 10 nəfərə yaxın şəxs xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.