Rusiya BTR-i Xankəndidə qəzaya uğradı: ölü və yaralılar var

11
Dek
2023
19:56

Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.

APA xəbər verir ki, bu barədə Telegram kanallarında məlumat yayılıb.

Qəza nəticəsində 1 rusiyalı hərbi qulluqçunun həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilir.

Yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndiririlir.

Yaralılar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.