Qışda xəstələnmək istəməyənlərin NƏZƏRİNƏ! - Bunlara diqqət edin

11
Dek
2023
17:07

Şaxtalı havada evə gəlib isti duş qəbul etmək hər kəs üçün xoş və istirahət üçün əla görünür.

BAKU.WS-in xəbərinə görə, həkim Maykl Mosli "The Mirror" nəşrinə qışda xəstələnməmək üçün necə duş qəbul etmək lazım olduğundan danışıb.

Mütəxəssisin fikrincə, soyuq havadan isti suya qəfil keçid sağlamlıq üçün yaxşı fikir deyil. Duş qəbul edərkən soyuq suyu isti su ilə əvəz etsəniz, orqanizm üçün daha yaxşı olar.
Həkim insanların bəzilərinin yalnız isti duş qəbul etdiyini, digərlərinin isə temperatur rejimini dəyişdirdiyini və nəticədə qışda daha az xəstələndiyini vurğulayıb.