Qusarda avtobus aşıb, xəsarət alanlar var

11
Dek
2023
16:21

Qusar rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, Qusar-Xurel marşurutu üzrə hərəkətdə olan avtobus Avaran kəndi ərazisində yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.