Birinci Qarabağ müharibəsinin veteranı, Bakı şəhər 67 nömrəli tam orta məktəbin Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri Oktay Əsgər oğlu Əhmədov qəfil dünyasını dəyişib.
Publika.az xəbər verir ki, 55 yaşlı müəllim dekabrın 9-da saat 23 radələrində qəflətən vəfat edib.
Qeyd edək ki, O.Əhmədov 1991-2002-ci illərdə Ordu sıralarında xidmət edib.
O, Xocavənd rayonu Qaradağlı kəndində, Ağdam rayonunda, Daşaltı əməliyyatında Kəlbəcər-Ağdərə, Murovdağ, Füzuli, Gədəbəy rayonlarında gedən döyüşlərdə iştirak edib.
2002-ci ildə tərxis olunub. 2004-cü ildən 67 saylı tam orta məktəbdə Gənclərin Çağırışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbər vəzifəsində işləməyə başlayıb.