Rəhmonun Azərbaycana səfəri başa çatdı - FOTO

23
May
2024
17:07

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri mayın 23-də başa çatıb.

Azreform.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Prezidenti Emoməli Rəhmonu Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola salıblar.