Rusiya Silahlı Qüvvələrin Baş Rabitə İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin həbs edilib.
Azreform.info RBK-yə istinadən xəbər verir ki, general-leytenant külli miqdarda rüşvət almaqda ittiham olunur.
“Mayın 22-də Şamarina barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində RF Cinayət Məcəlləsinin 6-cı və 290-cı (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb”, - nəşr yazır.
Nəşrin yazdığına görə, günahı təsdiqlənərsə, generalı səkkiz ildən on beş ilədək həbs cəzası gözləyir.
"Kommersant" xəbər verir ki, Şoyqunun mətbuat katibi işləyən Rossiyana Markovskaya da vəzifəsindən azad edilib.
Mürtəza
Azreform.info