İran Azərbaycanla münasibətlərini yumşaldır

22
May
2024
19:15

Azərbaycanla İran arasında son günlər normallaşma prosesi başlamışdır. İran tərəfindən mərhum xarici işlər naziri Əmir Hüseyn Abdullahian Azərbaycanın səfirliyə qarşı terror hücumundan sonra rəsmi Bakı ilə əlaqələrin bərpası üçün çox işlər gördü. Əlbəttə ki, Azərbaycan İranla problemdə maraqlı deyildi. Daima İranla əməkdaşlığa üstünlük verib. Amma, Tehranın Azərbaycana qarşı siyasəti İkinci Qarabağ müharibəsindən sonra düşmən səviyyəsinə yüksəlib davam edirdi.

Bunu Azreform.info-ya politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, qeyd edib ki, proseslərin arxasında SEPAH və mühafizəkar kəsim dururdu. Amma, siyasi sistem daxilində anti-Azərbaycan qüvvələri önə çıxmışdı. İran siyasi sistemində Azərbaycana münasibət mənfidir və bizi istəmirlər.

İranda növbəti seçkilərdə yenidən mühafizəkar qanad seçkidə qalib gələcək. İran parlamentinin sədri doktor Qalibafın prezident seçilməsi mümkün ola bilər. İranın Ali dini rəhbəri S. Ə. Xameneinin mövqeyi burada əsas və əhəmiyyətlidir. Parlament sədri Qalibaf prezident seçilərsə, İran Azərbaycan əlaqələri indiki müstəvidə davam edəcək:

"Qeyd edim ki, bu əlaqələrin normal prosesdə davam etməsi Azərbaycandan asılı deyil, İran rəhbərliyindən asıldır. Göründüyü kimi, İran Azərbaycanla münasibətləri problemlə deyil, əməkdaşlıqla davam etmək qərarı verib. Məhz Prezident İlham Əliyev İran səfirliyində başsağlığı mesajında İranla razılaşmaların davam edəcəyinə ümid etdiyini vurğuladı.

Azərbaycan ikitərəfli əldə edilən razılaşmalara sadiqdir. İran tərəfi də problem yox, əməkdaşlığı davam etdirəcək. Çünki, Azərbaycana qarşı iki il ərzində həyata keçirdikləri təzyiqlər müsbət nəticə vermədi".

Elnur