İranın Azərbaycandakı səfiri vəzifəsini o icra edəcək

21
May
2024
13:00

İran Azərbaycana yeni səfir təyin edənə qədər onun səlahiyyətlərini müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Mərian icra edəcək.

Bu barədə Report diplomatik mənbədən məlumat əldə edib.

Qeyd edək ki, İran səfiri Abbas Musəvinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb və ölkəsinə qayıdıb.