Latviyalı spiker: Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik

20
May
2024
14:35

Latviya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
 
Azreform.info xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.
 
O qeyd edib ki, səfərinin məqsədi ölkələr arasında parlamentlərarası əməkdaşlığı dərinləşdirməkdir:
 
“Parlament dostluq qrupları arasında mövcud sıx əməkdaşlıqla yanaşı, parlamentlərimizin müxtəlif komitələri və ya komissiyaları arasında daha sıx əməkdaşlığın qurulması imkanlarını müzakirə etdik. Məsələn, təhsil, mədəniyyət sahəsi, ölkələrimiz arasında tələbə mübadiləsinin qurulması və bir çox başqa imkanlar barəsində fikir mübadiləsi apardıq”.