Şabranda otel işçiləri qəzaya düşdü

10
Noy
2023
15:05

 

Şabran rayonunun Pirəbədil kəndi ərazisində hotel işçiləri qəzaya düşüb, 5 nəfər xəsarət alıb.

Azreform.info Report-a istinadən xəbər verir ki, VAZ-2106 və “Nissan X-Trail” markalı minik avtomobillərinin toqquşması nəticəsində "Şabran otel"in işçiləri - 1992-ci il təvəllüdlü Əlisahib Mirzə oğlu Zeynalov, Cəmil Əşrəf oğlu Vəliyev, 2004-cü il təvəllüdlü Elmir Vüsal oğlu Sərdarov, 2007-ci il təvəllüdlü Cavad Həbib oğlu Zeynalov və 1988-ci il təvəllüdlü Elxan Pirverdi oğlu Haşımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.