Şəkidə 27 yaşlı kişi özünü güllələyib

10
Dek
2023
22:00

Şəkidə intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Çeşməli kəndində, meşəlik ərazidə baş verib.

Rayonun Yeni Çələbi Xan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tüfənglə özünə atəş açaraq intihar edib.

Məlumata görə, 27 yaşlı M.Məmmədovun psixoloji problemləri olub.

Faktla bağlı araşdırma aparılır.